Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftin qiyməti 30 dollara qədər düşəcək, bu realdır...”

Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Antn Siluanov, habelə energetika naziri Aleksandr Novak əmindirlər ki, dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Və bunun əsası OPEC+ razılaşmasının pozulması ehtimalıdır.

Virtualaz.org xəbər verir ki, Rusiya nazirlərinin sözlərindən TASS sitat gətirir.

“Biz bilmirik yayda nə baş verəcək. Biz bilmirik ki, OPEC+ ölkələri hasilatın məhdudlaşdırılmasına dair razılaşmanı qoruyacaqlar, ya yox. Əgər razılaşmalasalar qiymət 40 dollardan da aşağı düşə bilər, 30 dollara qədər enər”-hökumət başçısının müavini bildirib.

Nefin qiyməti sürətlə düsür

Energetika naziri Novak da Siluanovun mövqeyini bölüşüb. “Belə ssenari istisna deyil. Çox şey bazarda ilin ikinci yarısındakı situasiyadan asılı olacaq, tələb və təklif arasında balansdan, ticarət müharibələrindən, qeyri-müəyyənlikdən, sanksiya təzyiqlərindən”-Novak deyib.

Hazırda neftin bir barelinin qiyməti dünya birjalarında 63 dollara yaxındır. Ötən həftə qısa müddətə qiymət 60 dollardan aşağı düşmüşdü.

Rusiya və Azərbaycanın da iştirak etdiyi OPEC+ razılaşmasının müddəti 2019-cu ilin iyununda başa çatır. Ötən ilin dekabrında ölkələr hasilatın gündə 1.2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Lakin indi bir çox ölkələr və neft şirkətləri hasilatın məhdudlaşdırılmasına tərəfdar deyillər. Çünki əvvəlki razılaşmanın effekti ancaq yarım ilə bəs edib, bundan sonra bazarda təklif əsasən Amerika neftinin hesabına artıb.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »