Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər internetin zərərlərini açıqladı

İnternetin insanların psixi sağlamlığı və düşünmə qabiliyyətinə təsiri mövzusunda onlarla elmi işi təhlil etmiş Oksford və Harvard universitetləri, London Kral Kolleci və Qərbi Sidney Universitetinin işləyən alimlər qrupunun qənaətinə görə, internetdən izafi istifadə diqqətin konsentrasiyası müddətini aşağı salır və yaddaşı pisləşdirir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, daim üzə çıxan bildirişlər, abunələr, mesajlar, endirimlər haqqında təkliflər və veb-sörfinq zamanı diqqəti yayındıran digər amillər beynin funksiyalarına birbaşa təsir edir. Məsələn, fikri cəmləmək qabiliyyəti pisləşir. Lakin kağız jurnalın oxunması belə təsir göstərmir.

Digər bir risk internetin "xarici yaddaş"a çevrilməsi ilə bağlıdır: insanlar informasiya əldə etmək üçün daha çox smartfondan istifadə edirlər. Ancaq axtarılıb tapılmış məlumatları yadda saxlamaq əvəzinə, beyin yalnız həmin məlumatları harada tapmaq lazım olduğunu qeydə alır.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »