Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
46 yaşlı erməni bankı qarət etmək istəyib - Video

Ermənistanın paytaxtı Yerevanda 46 yaşlı şəxs bankı qarət etmək istəyib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtın inzibati rayonu sayılan Nor Norkda baş verib.

Şəxsiyyəti hələ açıqlanmayan cinayətkar "Armbiznesbank"ı qarət etmək istəyib. Yerevan sakini olduğu bildirilən silahlı şəxs tüfənglə banka daxil olmağa çalışıb. Lakin bankda xidmət aparan polis əməkdaşı şahidlərin köməyi ilə onu zərərsizləşdirib.

Qeyd edilir ki, silahlı şəxsin zərərsizləşdirilməsi zamanı atəş açılıb. Hadisənin başvermə şəraiti araşdırılır.

Daha əvvəl Ermənistan polis qüvvələrinin sabiq qərargah rəisi Qeqam Petrosyana qarşı 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə qətl törədilməsi ittihamı irəli sürülüb.

Son xəbərlər
Bütün xəbərlər »