Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslandiyada Türkiyə yığmasına qarşı ədəbsizlik: Hökumət işə qarışdı - Foto

Futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizəni davam etdirən Türkiyə yığması iyunun 11-də İslandiya yığmasıyla qarşılaşacaq. İyunun 9-da İslandiyaya gedən türk futbolçular ölkəyə ayaq basan kimi bir-birinin ardınca hörmətsizliklə qarşılaşıblar.

Bizimyol.info xəbər verir ki, paytaxt Reykyavik aeroportunda sərhəd xidməti və gömrük əməkdaşları türkiyəli futbolçuları üç saat saxlayıblar. Onların hər birinin yükü dəfələrlə yoxlanılıb. Bundan sonra futbolçular nəhayət, gömrüyü keçib çıxanda onları əhatəyə alan jurnalistlərin hörmətsizliyilə qarşılaşıblar. Jurnalistlərdən biri futbolşuların, konkret olaraq Əmrə Belezoğlunun üzünə tərəf mikrofon əvəzinə ayaqyolu təmizləyən fırçanı uzadıb.

Türkiyənin siyasi dairələri baş verənlərdən hiddətlənib və açıq şəkildə etirazlarını ifadə ediblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu islandiyalı sərhədçilərin və gömrük əməkdaşlarının davranışının istər diplomatik, istərsə də humanitar baxımdan qəbuledilməz olduğunu bildirib. Bu barədə “Twitter” hesabında yazan nazir əlavə edib ki, Türkiyə bununla əlqədar mütləq lazımi addımlar atacaq.

Türkiyənin NTV kanalının məlumatına görə, baş verənlərlə əlaqədar Ankara artıq İslandiya hökumətinə rəsmi etiraz göndərib. İslandiya hökuməti isə insidentlə bağlı hələlik şərh verməyib.

Avropa çempionatının seçmə oyunları çərçivəsində Türkiyə daxil olduğu H qruöunun lideridir. O, qrupdakı üç qarşılaşmanın hamısını qələbə ilə başa vurub. İyulun 8-də öz meydanında Fransa yığmasını qəbul edən Türkiyə millisi son dünya çempionlarını 2:0 hesabıyla məğlub etdi.

Son xəbərlər
Bütün xəbərlər »