Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda Türkiyə diplomatlarının avtomobillərini yandırdılar

Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobilini yandırıblar.

Türkiyə mətbuatının yazdığına görə, hadisə iyunun 10-da səhər saatlarında baş verib.

Avtomobilləri yandıranın (yandıranların) kimliyi hələlik məlum deyil.

Diplomatik dövlət nömrə nişanlı maşınlardan biri Türkiyənin Selanikdəki ticarət attaşesi Serkan Buralın xidməti avtomobildir. Hadisə onun evinin qarşısında baş verib.

Bu hadisədən qısa müddət sonra S.Buralının evindən, təxminən, bir km aralıda beynəlxalq təşkilatlardan birində işləyən Türkiyədən olan qadına aid avtomobilin üzərinə benzin tökülərək yandırılıb.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobillər yararsız vəziyyətə düşüb.

Yunanıstan polisi və təhlükəsizlik orqanları hadisələrlə bağlı araşdırma aparır. (Virtualaz.org)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »