Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teleaparıcı məşhur restorandan şikayətçidir - Foto

Tanınmış teleaparıcı məşhur restorandan şikayətçidir.

Bizimyol.info xəbər verir ki, teleaparıcı Məmmədəli Məmmədov (DJ-Fateh) Çanaqqala restoranından şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, restoranda qeyd edilən mərasimlər zamanı musiqiyə normadan yüksək səs verilməsi ətrafda yaşayan sakinləri, eləcə də onu ciddi şəkildə narahat edir. Hətta teleaparıcı izləyicilərinə səslənərək onlara sözügedən restoranda məclis sifariş verməməyə səsləyib.

Məmmədəli Məmmədov - DJ-Fateh

Məsələ ilə bağlı bizimyol.info-ya danışan restoran adminstrasiyası bildirib ki, restoranda musiqilər yalnız saat 2-nin yarısına (gecə) qədər səslənir və musiqinin səsi ilə bağlı isə heç bir sakindən bizə narazılıq daxil olmayıb:

"Dj-Fatehin deməyi ilə deyil ki. İndi texnologiya əsridir əgər elə bir hal olsa bu haqda məlumat yayılardı, sakinlər narazılıq edərdi. Bundan dolayı ərazidə yaşayış yoxdur və belə bir problemlə bağlı bugünə qədər bizə heç bir müraciət, narazılıq, şikayət daxil olmayıb".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »