Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oksigen” klinikası əməliyyat zamanı infeksiya düşən xəstəyə yaxın durmur

Son zamanlar özəl tibb mərkəzlərində baş verən ölüm halları, soyğunçuluq, özbaşınalıq və digər neqativ hallar barədə vaxtaşırı mətbuatda məlumatlar yayılsa da, faktların araşdırılmadığı və vəziyyətin dəyişməməsi göz önündədir. Neqativ halların baş verdiyi belə yerlərdən biri də "Oksigen” klinikasıdır. Klinika ilə bağlı mütəmadi şikayətlər eşidirik.

Adıçəkilən şikayətçilərdən biri 1966- cı il təvəllüdllü, Kəlbəcər qaçqını Orucov Barat Nəriman oğludur.

Barat Orucov sidik kanalına 6 mm ölçüdə daş düşməsi səbəbindən "Oksigen” klinikasına üz tutub. Barat Orucovun yaxınının tia.az-a dediyinə görə, bu lin mayın 18-də "Oksigen” klinikasında onu Vüsal adlı həkim əməliyyat edib və daşı xaric ediblər. Lakin əməliyyatdan sonra Barat Orucovun vəziyyəti kəskin ağırlaşıb.

Xəstə bir neçə başqa yerdə müayinədən keçib və məlum olub ki, əməliyyat vaxtı həkimlərin səhvi səbəbində onun orqanizminə infeksiya düşüb. Hansı ki, infeksiya xəstənin həyatı üçün böyük təhlükə yarada bilər.

Klinikada xəstəyə infeksiyanın düşməsini onu əməliyyat edən Vüsal cərrah da etiraf edib. Həkim bildirib ki, əməliyyat vaxtı belə şeylər ola bilir.

Hazırda "Oksigen” klinikasına əməliyyat üçün külli miqdarda pul verən Barat Orucovın vəziyyəti çox ağırdır və o sistem altındadır. Barat Orucovun yaxınları "Oksigen” klinikasına ödənilən pulu və bu biabırçılığa cavabdeh olmalarını tələb edirlər. Çünki "Oksigen” klinikası məsuliyyətə boynundan atır və aparılan əməliyyat nəticəsində sağlamlığı ağır vəziyyətə düşən Barat Orucova yaxın durmur. (qaynarinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »