Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabunçu rayonunda iki maşın toqquşub - Foto

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ramana-Maştağa yolunun Ramana-450 qəsəbəsinin ("Şuşa şəhərciyi") ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabuncu qəza Opellə Mercedes toqquşdu

"Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı minik maşını yol kəsişməsində toqquşub. Zərbənin təsirindən "Opel" yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »