Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə qasırğa qopdu: Kəndlər işıqsız qaldı - FOTOLAR
Qəbələdə qasırğa qopdu: Kəndlər işıqsız qaldı - FOTOLAR
Dünən güclü küləklə müşayiət olunan dolu və leysan Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Sputnik xəbər verir ki, axşam saatlarında rayonun Mıxlıqovaq, Xırxatala, Tikanlı, Bum, Həmzəli, Qəmərvan kəndlərinə dolu və güclü yağış yağıb, qasırğa qopub.

Təxminən 20 dəqiqə yağan dolu və tüğyan edən qasırğa, meyvə-tərəvəz bağlarına və əkin sahələrinə, eləcə də evlərin damlarına və şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb. Təbii fəlakət nəticəsində bəzi kəndlərə elektrik verilişi dayanıb. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb.

Bundan əlavə, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib. Hazırda aidiyyəti qurumların nümayəndələri vəziyyəti araşdırıb, dəymiş ziyanı hesablayırlar.

[gallery columns="1" size="large" ids="1738,1739,1740,1741,1742,1743,1744,1745,1746">

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »