Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc qalmağın 5 metodu

Yaş artdıqca orqanizmin vəziyyəti bizi daha çox narahat edir. Necə gənc qalmağın yollarını axtarırıq.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər gənc qalmağın 5 metodunu müəyyənləşdirib. Bu haqda “Medikforum” portalı yazıb.

Birinci növbədə fiziki aktivliyi saxlamaq lazımdır. Mütəxəssislər bunu qoruyan yaşlı adamlarda daha az xolesterin müşahidə ediblər. Üstəlik, onların idrak funksiyası daha işlək nəzərə çarpıb.

İkinci yerdə lifli ərqazlardan istifadə gedir. Yəni düzgün qidalanma, meyvə-tərəvəz yeməkdən danışılır. Belədə qan dövranı yaxşılaşır, beyin daha yaxşı işləyir.

Zülallar da çox vacibdir. 40 yaşdan sonra bədən əzələ kütləsini itirməyə başlayır. Buna görə də zülal qəbulu əhəmiyyətlidir. Hər ərzaqda təxminən 20-25 qram zülal olmalıdır. Daha çox qoz-fındıqda, süddə, yağsız ətdə rast gəlinir.

Bundan başqa, bağırsaqların mikroflorunun sağlam olması da çox vacibdir. Mütəxəssislər spirtli içkidən, tütündən imtinanı, qidaya nəzarəti tövsiyə edir.

Beşinci metod isə piyada gəzməkdir. Təbiətdə çox vaxt keçirmək lazımdır. Təmiz havada orqanizm D vitamini qəbul edir. Yalnız bu cür yaşla gələn xəstəliklərə müqavimət göstərmək olar.

Son xəbərlər
Bütün xəbərlər »