Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afaq Bəşirqızı: "Tanışlıqla gələnlərlə istedadlılar arasında fərq olmalıdır"

"Özümə söz vermişəm ki, bunu etməliyəm: Gənc aktyorlara xüsusi diqqət ayırmaq və qayğısına qalmaq lazımdır. Müəyyən seriallardan xəbərim var. Mütəmadi baxmıram. Vaxtım azdır. Ümidverici aktyorlarımız var".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Şou news"a açıqlamasında deyib. Aktrisa gənc aktyorlara dəstək olmaqdan danışıb. O bildirib ki, sənətə yeni gələnləri tənqid etmək yanlışdır:

"Güclü sel özündən əvvəl çör-çöp gətirir. Serial işi də bizdə yeni başlayıb. Daha yaxşı olacaq. İstedadın qlobal problemi olmamalıdır. Fikri evində qalmamalıdır ki, görəsən, filan problemim həll oldu? İstedad yaradıcı, gələcək, mədəniyyətin qurucusu deməkdir.

"Əvvəlkilərə çatan olmaz", ən asan sözdür. Özüm gözümlə gördüyümə, qulağımla eşitdiyimə daha çox inanıram. İstedadı pərt etmək olmaz. Bizim borcumuzdur, gənclərin qayğısına qalmaq. Əmi, dayı, dost, arxa ilə seçilən aktyorlarla istedadı olanları ayırmaq lazımdır. Sanbal hər zaman olmalıdır".

Son xəbərlər
Bütün xəbərlər »