Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp xəbərdarlır edir: “İranla müharibə başlaya bilər”

ABŞ prezidenti Donald Tramp İranla müharibəni istisna etmir.

Tramp Britaniyada televiziyaya müsahibə verərkən bu haqda danışıb.

Bizimyol.info xəbər verir ki, Donald Tramp böyük məmnuniyyətlə İran prezidenti Həsən Ruhani ilə bir masa arxasına əyləşib, müzakirələr aparmaq istəyində olduğunu deyib. Hərbi müdaxiləyə gəlincə, Amerika lideri bunları söyləyib: “Həmişə bu ehtimal var. Bəs mən bunu istəyirəmmi? Xeyr. Ancaq şans həmişə qalır”.

Tramp əlavə edib ki, İran onun prezidentliyinin lap əvvəlindən həddindən artıq düşməncəsinə davranıb: “O zaman onlar dünyada bir nömrəli terrorçu millət idi, bəlkə bu gün də elədir”.

İyunun 3-də məlumat yayıldı ki, ABŞ İranla nüvə razılaşmasına hazırdır. Məqsəd isə Tehranın kütləvi qırğın silahı əldə etməyəcəyinə zəmanət almaqdır.

Mayın 15-də İran hökuməti nüvə proqramı ilə bağlı bir sıra öhdəliklərin icrasını rəsmən dayandırıb.

ABŞ-la İran arasındakı münasibətlər bir müddət əvvəl nisbətən düzəlsə də, ötən ilin mayından yenidən gərginləşib. Həmin vaxt Tramp Amerikanın nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını elan edib. Ardınca da Tehrana qarşı sanksiyalar yenidən bərpa olunub. Yeni sanksiyalar paketi ötən ilin noyabrından qüvvəyə minib. Bu paket neft ixracı, sənaye, ticarət, ölkənin Mərkəzi Bankının dollar əməliyyatları da daxil, bir sıra sahələri əhatə edir.

Son xəbərlər
Bütün xəbərlər »