Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qız övladı olan qadın ikinci dəfə ərə getməməlidir"

"Azyaşlı qız uşağı olan qadın ikinci dəfə ailə qurmamalıdır. Demirəm, ömürlük ailə qurmasın, qursun. Ən azından uşağı özünü dərk edəcək yaşa gələnə qədər qurmasın".

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. O, ayrılan qadınların ikinci dəfə ərə getməsini qınayıb:

"Heç olmasa başına pis hadisə gələndə, dərk etsin ki, bunu ona kim edib. Xanım olsam da, indiki qadınlar elə bil ipdən qırılıblar. Nə olub? Yoxsa elə bilirsiz əvvəlki qadınların hisləri, tələbatları olmayıb? Elə belə vecsiz düşündüyünüzə, hər şeyə barmaqarası baxdığınıza görə, ögey atalar tərəfindən zorlanan, evdən didərgin olub 16 yaşından küçələrə düşən, həyatı puç olan uşaqların sayı günü-gündən artır.

İndi deyəcəksiniz ki, öz doğma atasından yaxşı atalıq edən ögey, öz atasının zorladığı qızlar var. Onları mən də bilirəm. Amma yuxarıda məsəlini çəkdiyim hadisə daha çoxluq təşkil edir.

Biz böyüyəndə anama dedik ki, niyə ailə qurmadın? Gözəl qadın idin, saçın ağardı, tək bala saxlamaqdan kişiləşdin. Zülm çəkdin, qadın kimi xoşbəxt olmadın. Dedi ki, onda körpə idiniz, amma böyüyüb, 16 yaşınız olacaqdı. Qızlarım başqa kişi yanında böyüməli idi. Ondansa ölsəm yaxşı idi. Balam məndən artıq deyil. Düzdür, hamı mənim anam kimi ideal ana deyil. Amma analıq hissi yaxşı şeydir. Ona görə də hər övlad dünyaya gətirən ana olmur. Necə ki, deyillər".

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının aktrisası olan Zülfiyyə tamaşaçılara "Həyat sən nə qəribəsən", "Ata ocağı" kimi seriallardan tanışdır.

Son xəbərlər
Bütün xəbərlər »