Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni hökumət Saakaşviliyə vəzifə verməyi planlaşdırmır"

"Ukrayna prezidenti Vladimir Zelenskinin Administrasiyası hazırda Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş meri Mixeil Saakaşviliyə hər hansı rəsmi vəzifə verilməsini nəzərdən keçirmir".

APA-nın xəbərinə görə, bunu “İmedi” telekanalına müsahibəsində V.Zelenskinin mətbuat katibi Yuliya Mendel bildirib.

“Prezident Vladimir Zelenskinin Administrasiyası açıq, şəffafdır və hər kəsi dinləməyə hazırdır. Biz müxtəlif siyası qüvvələrin, müşavirlərin, ekspertlərin ideyalarını və təşəbbüslərini dinləməyə hazırıq. Əgər Mixeil Saakaşvili prezident Zelenskiyə hər hansı məsləhət vermək istəyirsə, Administrasiya bunun üçün açıqdır, lakin hazırda onunla danışıqlar aparılmır”, - deyə Y.Mendel vurğulayıb.

M. Saakaşvilinin rəsmi Tbilisiyə təhvil verilib-verilməyəcəyinə dair suala cavab verən Y.Mendel bildirib ki, Zelenskinin məqsədi sabiq prezidentə vətəndaşlığını qaytararaq ədaləti bərpa etmək idi, digər məsələləri isə hüquq-mühafizə orqanları həll etməlidir.

Qeyd edək ki, Mixeil Saakaşvili mayın 29-da Ukraynaya geri qayıdıb.

Son xəbərlər
Bütün xəbərlər »