Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məsciddə qadınla tutulduğu deyilən bələdiyyə sədrindən açıqlama
Məsciddə qadınla tutulduğu deyilən bələdiyyə sədrindən açıqlama
Masallı rayon Hüseynhacılı kənd bələdiyyəsinin sədri Rafiq Ağayev kənd sakinlərinin ittihamlarına cavab verib.

R. Ağayev “Qafqazinfo”ya bildirib ki, kənd sakinlərinin onun barəsində səsləndirdikləri iddiaların hamısı şər-böhtandır: “Hadisəni polis araşdırır. Mən özüm polis və rayon prokurorluğuna bu barədə müraciət etmişəm. Niyə mənə şər atmaqlarının səbəbini bilmirəm. Hüquq-mühafizə orqanları bunu müəyyən edəcək.

Belə fikirləşirəm ki, bələdiyyələr kəndlərdə pay torpaqlarına görə kəndlilərin ödəməli olduğu vergilərin toplanılmasına başlayıb. Bundan əlavə, dövlət tərəfindən kəndlilərə buğda- arpa əkininə görə subsidiyalar ayrılıb. Biz də yoxlamalara başlamışıq ki, subsidiya alanlar buğda ya arpa əkirlərmi? Hesab edirəm ki, şər-böhtan bundan qaynaqlana bilər”.

Qeyd edək ki, kənd sakinləri “Qafqazinfo”ya müraciət edərək bələdiyyə sədri Rafiq Ağayevin sərxoş vəziyyətdə qadınla məscidə gəldiyini, daha sonra pivə içərək əyləndiklərini bildiriblər.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »