Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternet tarifləri ən yüksək olan şəhərlər - TOP-10

"Deutsche Bank" internet tarifləri ən bahalı olan şəhərlərin reytinqini dərc edib. Reytinqin hazırlanması zamanı hər şəhərdə sürəti 8 Mbps olan 1 aylıq internet xərci qiymətləndirilib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya xidmətləri bazarının iki əsas iştirakçısı var. Bazarda bir neçə kiçik operator da mövcuddur, lakin onların iştirakı çox azdır.

Şəhərdə internetin sürətinin aşağı olmasına baxmayaraq, qiymətlər yüksəkdir. İstifadəçi provayderlə ən azı ikiillik müqavilə bağlamalıdır və abunəçi müqaviləni ləğv etmək istəsə, bunun cəriməsini ödəməlidir. Bu şəhərdə internetdən 1 ay istifadə təxminən 82 ABŞ dollarına başa gəlir.

İnterneti baha olan TOP-10 şəhər:

#ŞəhərÖlkə8 Mbps sürətli internetin aylıq qiyməti, ABŞ dolları
1DubayBƏƏ82
2Dublinİrlandiya52
3San-FransiskoABŞ52
4Nyu-YorkABŞ52
5BostonABŞ50
6OklendYeni Zelandiya50
7VellinqtonYeni Zelandiya46
8Ər-RiyadSəudiyyə Ərəbistanı46
9YohannesburqCAR46
10KeyptaunCAR43
Son xəbərlər
Bütün xəbərlər »