Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV ÇL finalı barədə: “Vəhşi” qiymətlər, fırıldaqçılar və gecikən reyslər

Çempionlar Liqasının Madriddəki final oyununu izləmək istəyən futbol fanatları hotellərdəki baha qiymətlər və 10 min dollarlıq biletlər kimi problemlə üzləşməli olub.

Bu barədə CNN Sport-un materialında deyilir.

Telekanal Madriddəki finalı 10 min dollarlıq bilet, 12 saatlıq yol və 9 min dollarlıq yaşamaq xərci kimi xarakterizə edir.

Pol adlı futbol fanatı deyib ki, dostu öz biletini “Tottenhem”in azarkeşinə 8 min funt sterlinqə (10 min dollar) satıb.

Bildirilir ki, UEFA saytı vasitə ilə cəmi 4 min bilet əldə etmək mümkün olub. Hər bir komandaya 17 min bilet ayrılıb, digərləri isə futbol assosiasiyaları, kommersiya tərəfdaşları və yayım şirkətləri arasında bölünüb. Bu üzdən fanatlar biletləri Madriddə axtarmalı olublar. Lakin hamı bilet ala bilməyib. Bəzi biletlər 31 min dollara satılıb.

Final günlərində qiymət artımına görə aviaşirkətlər və hotellər ciddi tənqidlə üzləşib. Məsələn, Ouen Nyukasldan Madridə gəlsə də, oyunu stadiondan izləməyəcəyini bəyan etmişdi, çünki qiymətlər olduqca baha idi.

Vaşinqtondan gələn 64 yaşlı futbol fanatı Co isə Madriddə qalmaq xərcini 12 nəfərlə bölüşməli oldu. Üç gecə onlara 8831 dollara başa gəldi. Həmin günlərdə Madriddə hotellər və xidmət obyektlərində qiymətlər 3-4 dəfə bahalaşmışdı.

“The Sun” nəşri isə yazır ki, “Tottenhem” tərəfdarları Madridə bilet alsalar da, aviareysdən 48 saat əvvəl əməkdaşlıq etdikləri “Thomas Cook” turizm şirkətindən uçuş barədə hər hansı məlumat ala bilməyiblər. Sözügedən şirkət bəyanatında uçuşun dəqiq vaxtını dəqiqləşdirmək üçün əlindən gələni etdiyini bildirsə də, bəzi azarkeşlər yubanma üzündən stadiona gec çatdıqlarını və bu üzdən yalnız oyunun bir hissəsini izləyə bildiklərini deyiblər. Bu səbəbdən təzminat istəyənlər də oldu.

O da bildirilir ki, bəzi azarkeşlər Madriddə fırıldaqçıların tələsinə düşdülər. “Sky Sports” yazır ki, stüard geyimində olan fırıldaqçılar saxta qurğulardan istifadə etməklə, fanatların əlindən biletləri alırdılar.

Son xəbərlər
Bütün xəbərlər »