Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakerlər Messini “Real”a “transfer” etdilər
Naməlum hakerlər “Real”ın Facebook və Twitter hesablarını sındıraraq “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin Madrid klubuna “transferi” barədə məlumat yerləşdiriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, avqustun 26-da, Goal.com nəşri məlumat verir.

Sosial şəbəkələrdə “Xoş gəlmisən Messi” yazıları yerləşdirilib. Paylaşımlara argentinalının “kral” klubunun qapısına vurduğu qollardan biri də əlavə edilib.

Hücuma görə məsuliyyəti öz üzərinə OurMine haker qrupu götürüb.

Son xəbərlər
Bütün xəbərlər »