Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürətli yeriş ömrü uzadır: Bir dəqiqəyə 100 addım

Sürətli yerişin orqanizmə faydasını az-çox hamımız bilirik. Bu həm də ömrü uzadırmış.

Bizimyol.info xəbər verir ki, Lester Tibbi-Bioloji Tədqiqatlar Mərkəzinin araşdırması süərtli yerişlə uzunömürlülük arasında əlaqəni müəyyənləşdirib. Bu haqda Almaniyanın “Focus” jurnalı yazıb.

Nəşr yazır ki, araşdırmada yarım milyona qədər insanın göstəriciləri nəzərə alınıb. Bu adamların 7 il ərzində yerişinin sürəti tədqiq olunub. Həyatını itirəınlərin nə qədər ömür sürməsi qeyd edilib. Sonradan nəticələr “Mayo Clinic Proceedings” jurnalında dərc olunub. Beləcə, məlum olub ki, daha sürətli yeriyənlər digərlərindən çox yaşayır.

“Focus” yazır: “Amma sürətli yeriş heç də möcüzəvi yolla ömrünüzə bir neçə il əlavə edə bilməz. Yalnız yüksək fiziki hazırlıqla sürətli hərəkət uzun ömür vəd edə bilər”.

Bu fikirlə Lester Universitetinin professoru Tom Yeyts də razılaşır: “Tədqiqat göstərir ki, fiziki forma daha etibarlı indikatordur”.

Massaçusets Universitetində “nə qədər sürətli?” sualına da cavab tapmağa çalışıblar. Ümumi qənaət belədir ki, dəqiqədə orta hesabla 100 addım atılmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »