Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Liverpul" Çempionlar Liqasının qalibi oldu

Çempionlar Liqasında 2018-19 mövsümünə yekun vurulub.

Final görüşündə "Tottenhem" və "Liverpul" üz-üzə gəlib.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Məhəmməd Salah penaltini qola çevirib. Birinci hissədə başqa qol olmayıb. "Tottenhem" ikinci hissədə hücumlarını artırsa da, cəhdlər nəticə verməyib. Əvəzində Divok Orici 87-ci dəqiqədə vurduğu qolla matça nöqtə qoyub. Beləliklə, "Tottenhem"i 2:0 hesabı ilə məğlub edən "Liverpul" tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

Çempionlar Liqası

Final

"Tottenhem" (İngiltərə) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Salah (2-pen.), Orici (87)

Baş hakim: Damir Skomina (Sloveniya)

"Vanda Metropolitano", Madrid

Son xəbərlər
Bütün xəbərlər »