Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki qardaşın ölümü ilə nəticələnən yol qəzası olub - Foto
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük avtomobilləri toqquşub. Nəticədə 2 qardaş dünyasını dəyişib, yaralananlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »