Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zülfiyyə Xanbabayevanın qızı ilə maraqlı fotoları
Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə yeni fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi bu şəkillərə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə günü ilə bağlı təbrikində yer verib:

“Həyat nədir?! Həyat mübarizədir. Arzular və məqsədlər, yaşamaq və yaratmaq, özündən sonra davam edəcək həyat üçün var olmaq... Övlad sahibi olmaq, onu sevmək, onun arzuları üçün yaşamaq və mübarizə aparmaq - həyat budur.

Hər üzüntünü, yorğunluğu bir gülüşü ilə bizə unutduran - balalarımız! Hər zaman deyirəm, sizin gününüz tək bu gün deyil, varlığınız valideynləriniz üçün hər gün bayramdır. Hər şey, hər gün sizin üçün! Bütün uşaqları təbrik edirəm!”.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva 2007-ci ildə ana olub.

Son xəbərlər
Bütün xəbərlər »