Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ucuz təyyarə bileti almağın yolları
st
NECƏ EDƏK Kİ, TƏYYARƏ BİLETİ UCUZ BAŞA GƏLSİN?

Arzuladığın hər yerə maşınla getmək olmur. Uzaq səfərlərə təyyarə ilə getməli olursan. Üstəlik, təyyarə səni mənzil başına tez çatdırır. Ancaq uçuşun baha olması səni səyahətdən çəkindirir bəzən. Hava yolu şirkətləri isə ildən-ilə qiymətləri qaldırır. Ancaq səfəri öncədən planlamaqla uçuşa az xərc çəkmək mümkündür.

TƏYYARƏ BİLETİNİ ALMADAN BUNLARI NƏZƏRDƏN KEÇİR

Hava yolu şirkətləri biletləri satışa çərşənbə axşamı çıxarır. Həmin gün ucuz bilet üçün ən yaxşı gündür.

Həftənin uçuş üçün populyar olmayan günlərində uç. Məsələn, çərşənbə axşamı, çərşənbə və şənbə günləri uçuşların ən az olduğu günlərdir. Sübh tezdən olan reyslər ən ucuzudur. Çünki çox adam gün çıxmamış yerindən durub aeroporta getməyi xoşlamır. Üstəlik, bu təyyarələrin başqa reyslərin gecikməsi səbəbindən, ya da mexaniki məsələlərə görə gecikmək ehtimalı da az olur.

Təyyarədəki yerini öncədən seçmə. Bəzi şirkətlər onlayn bilet alanda təyyarədəki yeri seçməyə görə rüsum tutur. Uçuş günü aeroporta bir az tez get. Beləcə münasib yeri pulsuz tapa bilərsən. Təyyarədəki ən yaxşı yerlərin bir çoxu – nə qədər ki, onları böyük rüsum ödəyib alan olmayıb, uçuş gününə kimi sahibsiz qalır. Çox pul verib əvvəlcədən bu yerləri alanlar isə çox az olur.

Bilet almaq üçün nə çox tez tərpən, nə də son dəqiqəyə kimi gözlə. Səyahət edənlərin çoxu münasib qiymətə bilet almanın vaxtını bilmir. Bileti uçuşdan xeyli qabaq, yaxud uçuşa çox az qalmış almaq sənə baha başa gələr. Ən yaxşı vaxt uçuşdan 3 ay əvvəldən başlayaraq, 6 həftə qalanadək olan müddətdir.

ƏLAVƏ RÜSUMLARDAN UZAQ DUR

Hava yolu şirkətləri az qala hər şeyə görə sərnişindən əlavə pul tutur. Elələri var ki, hətta aeroportun tualetindən istifadəyə görə də əlavə rüsum tutur. Həmin əlavə rüsumlar da üst-üstə gələrək sənin uçuş xərcini artırır. Ona görə ehtiyacın yoxdursa, həmin xidmətlərə görə rüsum ödəmə.

Aeroporta çatandan sonra pulunu mümkün qədər cibində saxlaya bilmək üçün bunlara diqqət et:

– Zəruri deyilsə, uçuş sinfini dəyişmə. Əksər şirkətlərdə ekonom sinifdən biznes sinfinə keçmək baha olur.

– Özünlə sadəcə əl yükü götür. Məbləğ ayrı-ayrı şirkətlərdə fərqlidi. Ancaq onların hamısı baqaja görə rüsum tutur. Özü də bu rüsum az olmur. Nəyə görə paltarlarınla birgə uçuşa görə pul ödəyəsən?

– Səfər çantandakı əşyalarını azaltmağa çalış. Götürdüyün bütün paltarların bir-birini tamamladığına əmin ol. Onda paltarlarından daha çox istifadə edə biləsən. Tualet əşyalarının yalnız səfər ölçüsündə olan növlərindən yararlan.

– Özünə qəlyanaltı götür. Əgər uçuşun beynəlxalq deyilsə, çətin ki, hanısa havayolu şirkəti sənə pulsuz yemək verə. Təyyarədəki yeməklər isə ucuz olmur. Ən əsası, sağlamlıq üçün faydalı olmur. Yaxşı olar ki, evdən özünə yeməyə nəsə götürəsən. Bu, həm ucuz başa gələr, həm də daha sağlıqlı olar.

Səyahətçi

Paylaş »
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Sünnət toyunda əxlaqsız rəqsə görə rəqqasələrə və uşağın ailəsinə cinayət işi açıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
Son xəbərlər
Bütün xəbərlər »