Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngilis azarkeşlər Madridi qarışdırdılar - Video

UEFA Çempionlar Liqasının finalı ərəfəsində Madriddə İngiltərənin “Tottenhem” klubunun azarkeşləri ilə ispan polislər arasında qarşıdurma yaşanıb.

TASS xəbər verir ki, hadisə Puerta-del-Sol meydanının yaxınlığında, barlardan birində baş verib.

Müştərilər polisə şikayət edərək bildiriblər ki, “Tottenhem” fanatları özlərini aqressiv aparır və “Liverpul” azarkeşlərinin ünvanına söyüşlər yağdırırlar. Polisin də ingilislərə qarşı sərt davrandığı bildirilir.

Xatırladaq ki, bu gün Madridin “Vanda Metropolitano” stadionunda İngiltərənin “Tottenhem” və “Liverpul” komandaları Çempionlar Liqasının qalibini müəyyənləşdirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »