Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) qalibi müəyyənləşəcək.

"Report" xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin finalında İngiltərənin "Tottenhem” və "Liverpul” komandaları qarşılaşacaq.

Hər iki kollektiv həlledici matça yarımfinalda geri dönüş edərək yüksəlib. "Tottenhem" evdə 0:1 hesabı ilə məğlub olduğu Hollandiya "Ayaks"ını səfərdə 3:2 hesabı ilə üstələyib. "Liverpul" isə ilk görüşdə səfərdə İspaniya "Barselona"sına 0:3 hesabı ilə məğlub olsa da, doğma azarkeşləri önündə katalonların qapısından 4 cavabsız top keçirməyə nail olub.

İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq görüş yarışın 64-cü finalı olacaq.

"Liverpul” ÇL-də iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. İngiltərə klubu 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. "Liverpul” 2006-cı ildə Avropa Liqasının, 1974 və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981 və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub.

Sonuncu dəfə ötən mövsüm turnirin finalında İspaniya "Real Madrid"i ilə qarşılaşan "Liverpul" 1:3 hesabı məğlub olub. Sonuncu dəfə "mersisaydlılar "Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın "Milan” komandasında qalib gəlib: - 3:3 (pen. 3:2).

"Tottenhem" Çempionlar Liqasını qazanarsa, bu titulu qazanmış 23-cü komanda olacaq. London təmsilçisi avrokuboklarda indiyədək 8 dəfə İngiltərə klubları ilə qarşılaşıb. Komanda bunların 4-dən qalib ayrılıb, 3 görüşdə isə məğlub olub, 1 görüş isə heç-heçə yekunlaşıb.

Bu qarşılaşma komandaların tarixləri ərzində 170-ci duel olacaq. "Liverpul" 79, "Tottenhem" isə 48 dəfə qələbə qazanıb. 43 matçda isə qalib müəyyənləşməyib. "Mersisaydlılar" son 14 görüşdə finaldakı rəqibinə sadəcə 1 dəfə məğlub olub. Cari mövsümdə "Liverpul" "Tottenhem"i İngiltərə Premyer Lİqasında hər 2 görüşdə məğlub edib (2:1, 2:1). Komandalar avrokuboklarda bir dəfə 1972-1973 mövsümündə yarımfinalda qarşılaşıb. "Liverpul" 2 görüşün nəticəsində səfər qolu ilə finala yüksəlib və kuboku qazanıb.(1:0, 1:2).

Çempionlar Liqası

Final

23:00. "Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos

VAR hakimləri: Danni Makkeli, Pol van Bukel Feliks Tsvayer

VAR-da oyundan kənar vəziyyət hakimi: Mark Borş

Madrid. "Vanda Metropolitano" stadionu

Son xəbərlər
Bütün xəbərlər »