Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç yazıçısı Moskva küçələrində "bomj" kimi yaşayır - Foto

İsveçin fantast yazıçısı Mia Yohanson Rusiyanın paytaxtı Moksva küçələrində evsiz, kimsəsiz insan kimi aşkarlanıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, rus dilini bilməyən qoca qadın bir neçə həftə əvvəl Kiyev vağzalında aşkarlanıb. O, küçədə yaşaması ilə insanların diqqətini cəlb edib. Lakin Mia Yohanson mərhəmətli insanlardan pul və ərqaz köməyi alırmış.

Jurnalistlərin araşdırması zamanı məlum olub ki, Mia Yohanson əvvəllər yazıçı olub və fantastik janrlı romanlar dərc etdirib. O, ətrafdakı insanlara əslən kanadalı olduğunu deyib və küçədə ABŞ səfirliyinə gedən avtobusu gözlədiyini bildirib.

Qadın onunla maraqlananlar öz həyatını danışıb. Məlum olub ki, Yohanson İsveç vətəndaşıdır. O, Rusiyaya bu ilin fevralında gəlib. Yazıçının sözlərinə görə, Fransada onun pullarını, telefonunu və bank karlatını qarət ediblər.

Qadın pasportunu saxlamağa müvəffəq ola bilib. Bununla belə, Avropanı gəzmək istəyən Mia Yohanson Ukraynada, sonra isə Baykalda, Sankt-Peterburqda olub. O, hazırda Moskvada "bomj" kimi yaşayır.

Qadının sözlərinə görə, onun Vankuverdə (Kanadanın qərbində şəhər-red) yaşayan bir qızı var. Yazıçı pul toplayaraq Vankuverə bilet almaq istəyir. Lakin o, çox az məbləğdə pul yığa bilib.

Rusiyanın Miqrant İdarəsindən qadına kömək ediləcəyi vəd verilb. Bildirilb ki, onun İsveç Səfirliyi vasitəsilə ölkəni tərk etməsinə kömək göstəriləcək.

Qeyd edək ki, Mia Yohansonun 2012-ci ildə işıq üzü görmüş "Allah haqqında bitməyən müzakirə. Səyahətçinin vaxt üzrə gündəliyi" nəşri aşkarlanıb.

Jurnalistlər həmçinin yazıçının "Twitter"də Vankuverin xatırlandığı və 2015-ci ilin 1 yanvarına aid olan akkantunu da tapıblar.

Son xəbərlər
Bütün xəbərlər »