Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Büdcənin digər nazirlərə adiyyatı yoxdur?”

Vahid Əhmədov: “Əgər onlar pulu xərcləyə bilmirsə, versinlər şimal zonasına…”

“Sanki büdcə yalnız Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir. Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır”.

Bizimyol.info xəbər verir ki, bunu parlamentin plenar iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovdeyib.

O bildirib ki, dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir, amma büdcənin icrası ilə bağlı iclasda belə deyil.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Polşa prezidenti Azərbaycanda səfərdədir: “Hökumət üvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi bununla bağlıdır. Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”.

Bundan başqa, V.Əhmədov deyib ki, ötən il Azərbaycanın rayonlarında dövlət büdcəsi vəsaitlərinin xərclənməsi nisbəti 28% təşkil edib.

“Mən o rayonların adlarını çəkmək istəmirəm, amma S.Şərifovdan xahiş edirəm ki, sənəddə göstərsin və millət vəkilləri bilsin ki, hansı icra başçıları vəsaitləri xərcləmir. Əgər onlar xərcləyə bilmirsə, versinlər şimal zonasına və Quba, Qusar, Xaçmazda biz onu xərcləyək” - deyə deputat əlavə edib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »