Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Açılan müəssisələrin sayı bağlanan müəssisələrin sayından 1,9 dəfə çox olub”

Parlamantnin komitə sədri dövlət qurumlarına bağlanan müəssisələrin monitorinqini aparmağı təklif edib

“Keçən il şəffaflığın bərpa olunması üçün vergi ödəyicilərinə zaman verilib, səyyar yoxlamalar 3,4 dəfə azalıb. Vergi proqnozu 7 milyard 380 milyon manata qarşı 7 milyard 415 milyon manat icra olunub”.

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

O qeyd edib ki, 2018-ci ildə dövriyyələrin şəffaflaşdırılmasına başlanıb, iqtisadiyyat üzrə dövriyyənin 5,3 faizi sadələşdirilmiş vergiyə cəlb edilib. “Özəl sektordan daxil olmalar vergi daxilolmaların 5,1 faizə, vergi ödəyicilərinin sayı 970 304 nəfərə çatıb. Keçən il açılan müəssisələrin sayı bağlanan müəssisələrin sayından 1,9 dəfə çox olub. Təklif edərdim ki, müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparsınlar. İri, orta müəssisələr niyə bağlanır? Biz bunu araşdırsaq, əminəm ki, konkret nəticələr əldə olunar və fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hər bağlanan müəssisənin arxasında işçilər, məşğulluq dayanır”.

Komitə sədri vurğulayıb ki, 2018-ci ildə xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard dollara çatıb, 20,3 milyard dollar müsbət saldo yaranıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »