Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan sivilizasiyasının ilk fermerlərinin kimliyi məlum oldu

İnsanlar tarixən heç də həmişə heyvanları ovlamaqla kifayətlənməyib. Təbii ki, nə vaxtsa təsərrüfat yaratmaq ideyası olub.

Bizimyol.info xəbər verir ki, beynəlxalq alimlər qrupu ilk fermerlərin kimliyini müəyyənləşdirməyə çalışıb. Təəccüblü deyil ki, ipin ucu yenə Afrikaya gedib çıxır. Elm adamları Tanzaniyada, Keniyada, Zambiyadakı muzeylərdə 41 insan skeletini tədqiq ediblər. Ümumi qənaət belədir ki, Saxaranın cənubunda ilk dəfə təsərrüfat yaradıblar. Orada qoyun və keçi saxlamağa başlayıblar.

Tanzaniya Foto: Pixabay.com

Keniyada və Tanzaniyada fermaları yaradanlar da Afrikanın şimal-şərqindən gələnlər olub. Cənubi Afrikaya gəlib yerli tayfalara qaynayıb-qarışıblar. Söhbət təxminən 3500-4500 il əvvəldən gedir. Sonradan yerli adamlar çobanlara və ovçulara bölünüblər. Hərçənd, yenə yanaşı yaşamağa davam ediblər.

Təxminən 1200 il əvvəl həmin regiona Afrikanın qərbindən yeni xalqların gəlməsi mənzərəni bir az da dəyişib. Əkinçilikdə, metallurgiyada addım atılıb.

Son xəbərlər
Bütün xəbərlər »