Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 yaşlı oğlan ağacdan yıxılaraq öldü
Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Musabəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Kərimli Saleh Namət oğlu yaşadığı evin həyətində ağacdan meyvə toplayarkən ehtiyatsızlıq edib və nərdivandan yerə yıxılıb. Ağır kəllə-beyin travması alan yeniyetmə oğlanın sağ qolunu torpağın üstündəki sınmış şüşə kəsib. Çoxlu qan itirdiyi üçün komaya düşən Saleh Kərimli Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »