Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şərqi avropalılar özünü ikinci növ adam hesab edir"

“Avropa İttifaqının genişlənməsindən 15 il sonra qitə hələ də Qərbə və Şərqə bölünür. Bu da ölüm deməkdir”, - Almaniyanın keçmiş xarici işlər naziri və vitse-kansleri Yoşka Fişer “Handelsblatt” nəşrində belə yazıb.

Bizimyol.info xəbər verir ki, siyasətçi yazısında Avropanın bütöv ola bilməməsindən narahatlıq ifadə edib: “Nikbinlikdən əsər-əlamət qalmayıb. Fundamental dəyərlərə dair uzun mübahisələr Qərb-Şərq bölgüsü yaradıb”.

Yoşka Fişer Yoşka Fişer | Foto: DPA

Fişer deyir ki, indi şərqi avropalılar özünü daha çox Avropa İttifaqının ikinci növ vətəndaşı kimi hiss edir. Siyasətçi qərbi avropalıları təkəbbürlü adlandırıb: “Miqrasiya məsələlərində şərqliləri naşükür sayırlar”.

Fişer Avropanın birlik layihəsini təhlükə gözlədiyini düşünür. Bunun üçün şərqi avropalıların inteqrasiyasına daha yaxşı şərait yaradılmasının vacibliyindən söz açıb.

Son xəbərlər
Bütün xəbərlər »