Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzil üstündə Zelenski ilə jurnalistin mübahisəsi düşdü - Video

Ukrayna prezidenti Vladimir Zelenski ilə “Pryamoy” kanalının müxbiri arasında mübahisə yaranıb.

“Qafqazinfo” xəbər verir ki, insident dövlət başçısının 2 nəfər şaxtaçının öldüyü “Lesnaya” mədəninə ziyarəti zamanı yaşanıb. Zelenski işçilər və onların ailələri ilə söhbət edərkən kanalın jurnalisti ölən şaxtaçıların analarının bütün gün Zelenskini gözlədiklərini bildirib. Prezident isə cavabında kanalın əməkdaşına ianə toplayıb qadınlardan birinə mənzil almağı təklif edib. Bundan sonra mübahisə bitib.

Zelenski KİV nümayəndələri ilə görüşündə ölən şaxtaçıların ailələrinə şəxsən mənzil bağışlayacağını bildirib.

Xatırladaq ki, mayın 29-na keçən gecə “Lesnaya” mədənində uçqun olub, 2 şaxtaçı ölüb. Mədən hazırda ştat rejimində işləyir.

Son xəbərlər
Bütün xəbərlər »