Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Övladsız subay qadınlar başqalarından daha xoşbəxtdir - Psixoloq

Qadınların xoşbəxt olmaq üçün ərə və uşaqlara ehtiyacı yoxdur. Psixoloq Pol Dolan belə düşünür. Almaniyanın “Stern” jurnalı bununla bağlı material hazırlayıb.

Bizimyol.info xəbər verir ki, psixoloq ailə həyatı qurmayan övladsız qadınların daha xoşbəxt olduğunu bildirir. London iqtisadiyyat və siyasi elmlər məktəbinin əməkdaşı müşahidələrini Uelsdəki “Hay Festival” adlanan ədəbi festivalda təqdim edib. Dolan deyir ki, qadınların xoşbəxtlik haqda suala cavab verəndə otaqda ərinin olub-olmaması vacib amildir. Yəni bir növ həmişə səmimi cavab vermirlər. Əslində, evli adamların daha xoşbəxt olması tezisi həqiqəti əks etdirmir. Psixoloqun fikrincə, nikah kişilərin işinə daha çox yarayır. Dolan deyir ki, qadınlar uşaqsız daha xoşbəxt olsa da, övladsız yaşamaq və şablondan qaçmaq istəmirlər.

Jurnal festivaldakı bir epizodu yazıb. Dolan iştirakçıları 40 yaşlı subay, övladısz qadın təsəvvür etməyə çağırıb: “Yəqin çoxu deyəcək ki, “Nə böyük dərd”. Halbuki bu qadın elə kişi ilə rastlaşar ki, xəstəlik tapa, bədbəxtliyə düçar ola və erkən ölə bilər”.

Son xəbərlər
Bütün xəbərlər »