Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Everestdə tıxac üzündən 11 nəfər ölüb - Video

Bu il dünyanın ən hündür zirvəsi sayılan Everestdə 11 nəfər ölüb. “The Washington Post” ölüm zirvəsi haqda yazı hazırlayıb.

Bizimyol.info xəbər verir ki, ABŞ qəzeti Rusiyada yaşayan 45 yaşlı alpinist Çatur Tamanqa tribuna verib. Tamanq Everestə son səfəri zamanı insan tıxacı ilə qarşılaşdığını deyir. İrəlidə yüzlərlə adam varmış. Tamanq düşünür ki, zirvəyə qalxanların çoxu onları hansı təhlükənin gözlədiyini təsəvvür etmir: “Zirvədən enənlər gedənlərə yalvarırdı ki, yolu düz hesablasınlar. Onların oksigeni bitmişdi”.

Yazıda bildirilir ki, son 4 ildə Everest yolunda ölənlərin sayı çoxalıb. Burada Nepal hökuməti də az məsuliyyət daşımır. Çünki müraciət edənlərin tezniki imkanları çox nəzərə alınmır. Bu il heç vaxt olmadığı qədər adama zirvəyə çıxmaq icazəsi verilib. 381 nəfər Nepal hökumətindən belə izn əldə edib.

“The Washington Post”da yazıdakı bir maraqlı məqama da diqqət çəkiblər. Zirvəyə qalxanların sayı rəsmi rəqəmlərdə göstəriləndən çox olur. Bələdçilər gerçək sayı gizlədirlər.

Alpinistlərdən hind Nihal Bhaqvan tıxaclara görə zirvəyə yolda xeyli yubanıb. Yüksəklik xəstəliyindən, əldən düşdüyündən yolda həyatını itirib.

Bu il orada ölənlərin arasında başqa iki hindli də olub. Bundan başqa, iki irland, iki ingilis, iki amerikalı da bu yolda həyatla vidalaşıb. Daha iki nəfər isə Everestə Tibet tərəfdən çıxmağa çalışmaqla səhvə yol verib, dünya ilə vidalaşıblar.

Alpinistlər danışır ki, Everestə yolu təcrübəsiz, avantüra arxasınca gəlmiş səyahətçilər də çox zibilləyir. Onlar Nepal hökumətinin sayı məhdudlaşdırmalı olduğunu hesab edirlər.

Son xəbərlər
Bütün xəbərlər »