Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Səhliyalı” şirkəti xeyriyyə aksiyası keçirib

“Səhliyalı” kiçik müəssisəsi (KM) müqəddəs Ramazan ayı münasibəti ilə xeyriyyə aksiyası keçirib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya çərçivəsində onlarla ailəyə müəssisədə istehsal olunan, “Min Bərəkət, Halal Nemət” adı altında satışa çıxarılan ət məhsulları, “Min Bərəkət, Dadlı Nemət” adı ilə istehsal edilən süd məhsulları ilə yanaşı, digər gündəlik istifadəyə üçün nəzərdə tutulan qida məhsullarını çatdırılıb.

Belə ki, KM-nin bir neçə şöbəsinin əməkdaşları ötən gün müxtəlif qruplar halında paytaxtdaxili, eləcə də Bakıətrafı kəndləri gəzərək aztəminatlı ailələrlə görüşüb, onlara xeyriyyə aksiyası çərçivəsində nəzərdə tutulmuş ərzaq məhsullarını çatdırıblar.

“Şirkət rəhbərliyi, xüsusən Ramazan ayında mütəmadi olaraq iftar süfrələri təşkil edir, eyni zamanda aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərir. Ramazan ayının sonuna qədər daha bir aksiyamız olacaq və yenidən onlarla ailə ilə görüşəcəyik”, – deyə KM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, şirkət əməkdaşlarının ziyarət etdiyi insanlar diqqət və qayğıya görə müəssisə rəhbərliyinə təşəkkür ediblər.

Son xəbərlər
Bütün xəbərlər »