Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən aşağı həyat keyfiyyəti olan 10 şəhəri

"Deutsche Bank" həyat keyfiyyəti üzrə dünya şəhərlərinin reytinqini tərtib edib. Ümumiyyətlə, siyahıya dünyanın 56 şəhəri daxil olub.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həyat keyfiyyətini qiymətləndirmək üçün ekspertlər əhalinin alıcılıq qabiliyyəti, təhlükəsizlik səviyyəsi, səhiyyə, yaşayış xərcləri, gəlirin və mənzil dəyərinin nisbəti, çirklənmə səviyyəsi və digər parametrləri təhlil ediblər. Nəticədə, Laqos ən aşağı həyat səviyyəsi olan şəhər kimi reytinqin birinci pilləsində yer alıb. Nigeriyanın cənubi-qərbində yerləşən bu liman şəhərinin əhalisi 13 milyondan çoxdur. Laqosun ekoloji durumu narahatlıq doğurur. Şəhərin iri kvartalları infrastrukturdan məhrumdur, insanlar xarabalıqlarda məskən salıb. Laqosun ən böyük problemlərindən biri isə zibildir.

Həyat səviyyəsi ən aşağı olan şəhərlərin reytinqi:

#ŞəhərÖlkə
1LaqosNigeriya
2PekinÇin
3ManilaFilippin
4DəkkəBanqladeş
5Cakartaİndoneziya
6MumbayHindistan
7Rio-de-JaneyroBraziliya
8QahirəMisir
9ŞanxayÇin
10San-PauluBraziliya
Son xəbərlər
Bütün xəbərlər »