Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axan çayların suyunda yeni bəla: Antibiotiklər

York Universitetinin alimləri narahatlıq doğuran açıqlama yayıb. Bir çox çaylarda antibiotiklərin səviyyəsi təhlükəsizlik normalarını yüz dəfələrlə aşır.

Bizimyol.info xəbər verir ki, universitetin elm adamları ayrı-ayrı qitələrdəki 72 ölkədə ən çox yayılmış 14 antibiotiki axtarıblar. Məlum olub ki, çayların 65 faizində antibiotiklər var.

Xüsusilə metronidazol çoxdur. Bu antibiotik dəri, bakterial infeksiyaların müalicəsində istifadə olunur. Məsələn, Banqladeşdə metronidazol təhlükəsizlik normalarını 300 dəfəyə qədər aşıb. Ən pis göstərici Temza çayında qeydə alınıb: bir litrdə 233 nanoqram.

Ən çox yayılan antobiotik isə trimetoprimdir. Bu antobiotiki 711 su hövzəsindən 307-də aşkar ediblər. Trimetoprimdən sidik yollarının infeksiyası zamanı istifadə olunur.

Ən çox çirklənən çaylar Banqladeşdə, Keniyada, Qanada, Pakistanda, Nigeriyadadır. Avstriyadakı çaylar isə ən təmizi sayılır.

Son xəbərlər
Bütün xəbərlər »