Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yara tikişləri keçmişdə qalacaq - yeni texnologiya gəlir

Dərimiz azacıq zədələnəndə çox cnarahat oluruq. Çünki zədə bir az ciddidirsə, tikiş qoyula bilər, deməli, iz qalmaq ehtimalı böyükdür. İsrailli alimlər bunun da çarəsini tapıb.

Bizimyol.info xəbər verir ki, İsrailin “Technion” institutu ciddi yaraların müalicəsi üçün yeni texnologiya yaradıb. Yapışqan tapançası köməyə gələcək. Tikiş həm həkimdən çox məsuliyyət tələb edir, həm də istənilən halda iz qalır. Tibbi yapışqanın isə terapevtik, kosmetik nəticələrinin yüksək olacağı ehtimal edilir.

Alimlər dərinin yapışdırılması üçün çox güclü və zəhərli olmayan maddə hazırlamağa çalışıb. Maddə əməliyyatdan sonra da elastikliyini itirməməlidir. İsrailli alimlər belə məhsul ortaya çıxarmağı bacarıb.

Tibbi tapança yapışqanı müəyyən tenperatura qədər qızdırır. Yəni dəri yanmır. Bu, gələcəkdə dərinin bərpa olunması prosesini sürətləndirəcək.

Son xəbərlər
Bütün xəbərlər »