Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xurmanı balla qarışdırıb yeməyin inanılmaz faydası

Faydalı xassələrinə görə, xurmanın adı müqəddəs “Qurani-Kərim” də keçir. Ramazan süfrələrinin əvəzolunmazı olan xurma adətən orucu açanda yeyilir. Sağlam qidalanma üzrə mütəxəssislər qeyd edir ki, xurmaya sadəcə Ramazan aylarında deyil, ilin bütün fəsillərində üstünlük vermək xeyirdir. Xurma həm dəri, həm də vücud üçün fayadalı bitkilərdən biridir.

Publika.az bu yazıda oxuyucuları xurmanın faydaları ilə tanış edib.

Xurma C vitamini sayəsində dərinin hamar olmasını və nəm balansını təmin edir. Dəriyə ehtiyacı olan nəmi qazandıran xurma onun elastikliyini bərpa edir. Odur ki, xurma dərinin vaxtından əvvəl qırışmasının və xətlərin əmələ gəlməsinin qarşısını alır.

B vitamini sayəsində isə xurma dərini problemlərdən xils edir. Aparılan araşdırmalar göstərib ki, B vitamini dəri problemlərinin müalicəsində ən effektli həll yollarından biridir. Xüsusilə dəri yenilənməsində daha təsirlidir. Əgər dəridə sızanaq və çat izi qalıbsa, xurma maskası ilə problemi aradan qaldıra bilərsiniz.

Xurmanı əzib balla qarışdırın. Bu qarışığı problemli hissəyə çəkib 20 dəqiqə gözləyin, sonra ilıq su ilə yaxalayın. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyən xurma bu sayədə dərinin gənc və elastik qalmasını təmin edir.

Xurmanın saça faydaları

Gündə 3 ədəd xurma yemək saçların daha güclü və sağlam uzanmasına təsir edir. Tərkibindəki minerallar saç folekulları və telləri qidalandıraraq həm möhkəmləndirir, həm də qalınlaşdırır. B vitamini və dəmir saç tökülməsinin qarşısını alır.

Baş dərisinə xurma yağı ilə masaj etmək saç köklərinin mineralları qısa müddətdə əmməsini sürətləndirir. Bu, dərinin həm ideal nəm balansını qorumağa yardım edir, həm saçların gurlaşmasını, həm də sağlam görünməsini təmin edir.

Xurma poleni ilə bal qarışımı haqqında elmi araşdırma

Xurma ağacı erkək və dişi olmaqla iki növə bölünür. Polen xurma ağacının fertilizasiyasında istifadə olunur.

Erkək xurma ağacı yalnız polen adlı bir maddə verir. Xurma ağacı meyvə vermək üçün döllənməlildir. Odur ki, palma ağacından insan əli ilə yığılan polenlər qadın xurma ağacına tökülür. Başqa sözlə, xurma dişi ağacın meyvəsidir. Yanvar ayında xurma ağacından polenlər toplanır. Fevral ayında isə dişi xurma ağacında hazırlanan polenlər yerə tökülür. Bu şəkildə döllənmə baş verir.

ABŞ-da aparılan elmi araşdırmada məlum olub ki, xurma poleni (Çiçək tozu - cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur. Bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə edilir - müəl.) kişilərdə sprem sayını çoxaldır. Xurma sonsuzluğun müalicəsində xeyirdir.

Xurma poleni bal ilə qarışdırılarıb məcun halına gətirilərək istifadə edilir. Bu qarışıq səhər-axşam ac qarına yeyilir.

Son xəbərlər
Bütün xəbərlər »