Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uber" yeni sualtı səyahət cihazı hazırlayıb - Video

"Uber" sualtı dünyaya səyahət xəyallarını gerçəkləşdirən yeni "Scuber" modelini təqdim etdi.

Chip.az bildirir ki, uzun müddət "Uber" tərəfindən təqdimatı gözlənilən "Scuber" modeli nəhayət istifadəyə verildi. Sualtı ekskursiya xidmətini həyata keçirəcək "Scuber" Avstraliyanın "Great Barrier Reefs" və "Tourism ve Events Queensland" ilə sərnişin daşımalarına başlamaq üçün əməkdaşlıq edəcək.

Taksi xidmətindən fərqli olaraq "Scuber" qiymətləri məsafəyə görə deyil tur şəklində olaraq təklif edir. Bir nəfər üçün ödəniş 1000 ABŞ dollarıdır. Hər bir dalış iki nəfərlə gerçəkləşdiyi üçün qiymət də iki dəfə artıq olur. "Uber" təqdim etdiyi bu xidmətlə bərabər həssas mərcan ekosisteminin qorunmasına yardımçı olmaq məqsədi ilə üçün "Great Barrier Reefs" vətəndaşlarına 100 min dollar hədiyyə edəcək.

"Scuber" uzun müddət bu bölgədə qalmayacaq. Mayın 27-dən iyunun 3-dək Heron adasında, 9-18 iyun tarixləri arasında isə Port Douglas sahilində olacaq.

Son xəbərlər
Bütün xəbərlər »