“Nar”, Bakı Olimpiya Stadionu və ətraf ərazilər, “FAN” zona və ”FAN Festival” ərazilərində mobil şəbəkə tutumunu optimallaşdırıb. Xüsusilə, stadion ərazisində izləyicilər 286 Mbps sürətlə malik 4G (LTE-A) texnologiyasının üstünlüklərindən faydalana biləcəklər. Paytaxtımıza gələcək qonaqların və yerli azarkeşlərin mobil şəbəkəyə olan ehtiyaclarını nəzərə alaraq, fanatlar üçün təyin olunmuş ərazilərdə 2 mobil baza stansiyası təyin olunub. Qeyd edək ki, respublika ərazisində mobil şəbəkənin 24/7 təhlili “Nar” ”Əməliyyat Mərkəzi” və “Çağrı Mərkəzi” əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır.
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən gələn azarkeşlərin nömrəyə olan tələbatını ödəmək məqsədilə, mobil operatorun satış komandası da gücləndirilmiş iş rejiminə keçib. “Nar”-ın bütün satış mərkəzlərində, eyni zamanda H.Əliyev adına Beynəlxalq Hava Limanındakı səyyar satış məntəqəsində də “Nar” nömrə almaq mümkün olacaq. Ölkəmizə gələn xarici turistlər “Nar”-ın sərfəli “Xoş gəlmisiniz” tarifindən istifadə edə bilərlər.
“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.