Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səma cisminin alovlanması kameraya yaxalandı- Video

Avstraliyanın cənubunda dünən gecə göy üzündən naməlum cisimdə güclü alov qeydə alınıb. Daha sonra cisim okeana düşüb.

Teleqraf.com "New York Post"-a istinadən xəbər verir ki, müşahidə olunan güclü alov bütün yer üzünü işıqlandırıb.

Bir anda görünən göy cismi və alov insanlara qorxu dolu anlar yaşadıb. Hadisənin videosunu sosial şəbəkələrdə paylaşan Katie Valhheim bildirib ki, bir anda gecə az qala gündüzə çevrilib: “Həmin cism atmosferdə göründü və sonra okeana düşdü. Bütün şəhər narıncı rəngə büründü”.

Hadisə ilə bağlı NASA da açıqlama verib. Qurum alov topunun göy cismi olduğunu, metroidin okeana düşdüyünü bildirib və əlavə edib ki, faktla bağlı araşdırma aparılacaq.

Son xəbərlər
Bütün xəbərlər »