Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unudulmuş maarif fədaisi

Xalqımız illər boyu vətənpərvər marifçi ziyalılarımız ilə tanınıb. Belə ziyalılarımızdan biri Mirzə Məhəmməd Zamanbəylidir.

Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860 il tarixdə Naxçıvanın Şahbuz kəndində dünyaya göz açıb. Mesenat və müəllim Mirzə Məhəmməd Zamanbəyli 18 əsrin sonlarında Zaqafqaziyada yeganə peşəkar təhsil işçiləri yetişdirən Qori Müəllimlər Seminariyasının ilk məzunlarından olub. Seminariyanı bitirdikdən sonra o doğma Naxçıvana qayıdır, Şahbuz rayonunda öz vəsaiti hesabina orta məktəb tikdirir və “Xeyriyyə” cəmiyyəti təsis edir. Yüzlərlə kəndli və fəhlə övladlarının təhsil almasına yardımçı olan, aztəminatlı ailələrə maliyyə yardımı edərək, Mirzə Məhəmməd Zamanbəyli öz dövrünün görkəmli simalarından olub. Cumhuriyyət dövründə marif şurasının üzvü olub. Onun portreti Azərbaycan İncəsənətinin banilərindən olan Bəhruz Kəngərli tərəfindən 1917-ci ildə qələmə alınıb və hal-hazırda Bakıda Rüstəmov adına İncəsənət Tarixi Muzeyində saxlanılır. Mirzə Məhəmməd Zamanbəyli kimi ziyalıların işıqlı təfəkkürü və təşəbbüsü sayəsində Naxçıvanda (Qafqazda ilk dəfə) "Müsəlman dram və sənət cəmiyyəti" yaradıldı. Cəmiyyətin məramı,ilk növbədə,kitabxana açmaq, sonra tamaşa yaratmaq idi. Maarifçi ziyalılardan Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Məmmədtağı Sidqi,Mirzə Əliməmməd Xəlilov, Nəsrulla Şeyxov,Cümşüd Paşa ağa Sultanov,Mirzə Ələkbər Süleymanov, Baxşəli ağa Şahtaxtı, Nəcəfqulu Nəcəfov bir yerdə cəm oldular. O zaman xüsusi teatr binası olmadığından bu millət fədailəri hazırladıqları tamaşaları Mirzə Məhəmməd Zamanbəylinin təsis etdiyi "Xeyriyyə" Cəmiyyətinin binasında və tərəqqipərvər insanların evində göstərirdilər.

Mirzə Məhəmməd Zamanbəyli Mirzə Məhəmməd Zamanbəyli

Bir çoxları bu insanları ö dövrdə hətta masonluqda ittiham edirdilər.

Təsədüfi hal deyil ki, Mirzə Məhəmməd Zamanbəylinin övladları Qafar və Xurşid atalarının peşəsini davam ediblər. Belə ki, Xurşid Xanım Zamanova Naxçıvan şəhəri 2 saylı orta məktəbdə müəllimə çalışarkən Ümummilli Lider Heydər Əliyevin ilk Müəllimi olub. Xurşid Xanım Ümummilli Liderin muzeyində saxlanılan ailə şəklində də əks olunub. Xurşid Xanımın qardaşı Qafar Zamanov isə Ümummilli Liderin Naxçıvan Pedaqoji Müəllimlər İnstitutunda (1938-1939 cu il buraxılışı) Müəllimi olub.Onuda qeyd etmək istərdik ki, Ümummilli Liderin və Qafar Zamanovun ailələri o çətin dövrdə Naxçıvan şəhərində sıx və mehriban qonşuluq şəraitində yaşayıb.

Ümummilli Liderin peşə seçimində də Qafar Müəllim Zamanovun böyük rolu olub. Məhz Qafar Müəllimin təkidi və tərtib etdiyi xasiyyətnamə əsasında Ümummilli Lider təhlükəsizlik orqanlarında fəaliyyətə başlayır.

Anar Zamanbəyli

P.S. Redaksiyadan: Yazının materiallarını bizə Mirzə Məhəmməd Zamanbəylinin nəticəsi, ixtisasça mühəndis, hal-hazırda “Azərsu” ASC-də çalışan Anar Zamanbəyli təqdim etdi.

Son xəbərlər
Bütün xəbərlər »