Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali təhsilin sağlamlığa faydası varmış

Elmlə məşğul olmağın insan orqanizminə də xeyri dəyirmiş. Bristol Universitetində və London İmperiya kollecində ali təhsillə ürək-damar sistemi arasında əlaqə görürlər.

Bizimyol.info xəbər verir ki, elm adamlarının tədqiqatı ali təhsilin orqanizmin bu istiqamətindəki riskləri azaltdığını ortaya çıxarıb. Britaniyalılar 200 min nəfərin müşahidəsindən belə nəticəyə gəliblər. Həmin adamlar haqqında ətraflı məlumat toplanıb. Yəni nə qədər oxuyublar, ali təhsil alıblarmı, siqaret çəkmək vərdişləri varmı, infarkt və insult keçiriblərmi? Bunların hamısı araşdırılıb. Məlum olub ki, ali təhsili olanlar digərlərinə nisbətən infarkt və insultdan 40 faiz daha az əziyyət çəkiblər. 3,6 il əlavə təhsil həm çəkinin, həm də qan təzyiqinin tənzimlənməsinə çox kömək edir.

Bundan başqa, daha yüksək sosial-iqtisadi status və tibbi xidmətin səviyyəsi də ürək-damar xəstəliklərinə tutulmaq riskini azaldır. Savadlı adamların öz səhhətinə daha həssas yanaşdığı üzə çıxıb. Ali təhsillilərin düzgün həyat tərzi seçməyə meyli çoxdur.

Son xəbərlər
Bütün xəbərlər »