Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misir azərbaycanlı dənizçini azad etdi

Mayın 18-də Misir donanması tərəfindən saxlanılan "Sea Shark" tankerinin heyət üzvləri sərbəst buraxılıb.

ONA-nın xəbərinə görə, bu barədə "Ukraynskaya pravda" nəşri məlumat yayıb.

Tankerin 31 heyət üzvü var. Onlardan 1 Azərbaycan, 17 Ukrayna vətəndaşı, 11 Filippin, Şri-Lanka və Hindistan vətəndaşlarıdır, 2 dənizçi isə Krımdandır. Nəşrin yazdığına görə, 17 ukraynalı dənizçidən 5-i sabah Odessa aeroportunda olacaq. Azad edilmiş digər dənizçilər isə ukraynalı gəmi kapitanı ilə birlikdə mehmanxanaya yerləşdirilib. Həmin dənizçilərin sənədləri qeydiyyatdan keçdikdən sonra vətənlərinə yola salınacaqlar.

Qeyd edək ki, neft yüklənmiş tanker 2018-ci ilin dekabrında Misirin Ayn-Soxna rayonunda saxlanılıb. Tankerin Misirin sərhədini pozduğu iddia olunub. Gəminin kapitanı Vitaliy Nesterenko açıq dənizdə manevr zamanı təsadüfən Misirin ərazi sularına daxil olduqlarını bildirib. Misir hakimiyyəti gəminin sahibi olan şirkəti cərimələyib, dənizçilərin isə bütün sənədləri götürülüb. Aprelin 27-də Misir Hərbi Prokurorluğu tankerdəki 11 milyon barel neftin boşaldılmasını tələb edib. Səbəb kimi sızma baş verəcəyi halda ekoloji təhlükənin yaranacağı ehtimalı göstərilib.

Son xəbərlər
Bütün xəbərlər »