Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan gimnastları Avropa çempionu olublar

Azərbaycan millisi Bakıda keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb.

ONA-nın məlumatına görə, "aerodance" komandamız bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hakimlər Ayxan Əhmədli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli və Mədinə Mustafayevadan ibarət komandanın finaldakı çıxışını 17,800 xalla qiymətləndiriblər. Təmsilçimiz ikinci olan Rusiyanı 0,50 xal qabaqlayıb. İlk "üçlüy"ü isə 17,400 xalla Rumıniya qapayıb.

Qeyd edək ki, Avropa çempionatına 22 ölkədən 400-dək gimnast qatılıb.

Son xəbərlər
Bütün xəbərlər »