Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arsen Vengerə təklif göndərən klub açıqlandı

22 illik "Arsenal" karyerasını bitirdikdən sonra işsiz qalan Arsen Vengerə təklif göndərən klub açıqlanıb.

Fanat.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubu 68 yaşlı fransalı mütəxəssisi baş məşqçi təyin etmək istəyir. İddiaya görə, yaponlar Vengerə 2,5 illik müqavilə və ildə 4 milyon avro maaq təklif edir.

Venger təklifi qəbul edəcəyi halda Andres İnyesta, David Vilya, Serj Samper və Lukas Podolski kimi məşhur futbolçuları çalışdıracaq. Hazırda bu komandaya yaponiyalı Takayuki Yoşida başçılıq edir. "Vissel Kobe" cari mövsüm keçirdiyi 13 oyunda 13 xal toplayıb və 18 komanda arasında 13-cü pilləni tutur.

Son xəbərlər
Bütün xəbərlər »