Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə estakadadan yıxılan balıqçı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) yıxılaraq xəsarət alması və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

ONA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər
Bütün xəbərlər »