Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atlantik okeanını çəlləkdə üzüb keçən fransızdan etiraf

Atlantik okeanını çəlləkdə üzüb keçən fransız səyyahı Jan-Jak Saven həmişə əla formada qalmağın sirrini açıb. Onun sözlərinə əsasən, bunun üçün qadınları sevmək, idmanla məşğul olmaq və yaşa fikir verməmək lazımdır.

Yanvarda 72 yaşı tamamlanmış Saven Atlantik okenında mühərriksiz, ancaq külək və cərəyanlar hesabına üzən çəlləkdə səyahətə çıxmışdı. O, öz səfərinə 2018-ci ilin dekabrında El Yerro adlı kiçik adadan başlamış, 127 gündən sonra isə Karib dənizinin sularına daxil olmuşdu.

“Mən sizə belə deyəcəyəm: qadınları sevmək lazımdır, vəssalam”, - deyə Saven “RİA Novosti”yə müsahibəsində bildirib.

O, həmçinin əlavə edib ki, yaşa məhəl qoymadan idmanla məşğul olmaq lazımdır: “Yaş sadəcə rəqəmdir. Əsas zehnin vəziyyətidir”. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »