Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada robotlar yanğın söndürəcək - Foto

Yaponiyada robot yanğınsöndürənlərdən ibarət dəstə yaradılıb. Onlar insanlar üçün çox təhlükəli sayılacaq hadisələr zamanı xilasedici məsuliyyətini üzərinə götürəcək.

Bizimyol.info xəbər verir ki, Yaponiya yanğın idarəsi bununla bağlı məlumat yayıb. Dəstəyə dörd kateqoriyada robotlar daxildir. Onlar ayrı-ayrı işləri yerinə yetirəcək.

Robotlar artıq İtihara şəhərində bazada yerləşdirilib. Tiba prefekturasının şərqindəki bu yerə təsadüfi seçməyiblər. Bu ərazidə neft anbarları, neft emalı zavodları, qazla məşğul olan terminallar çoxdur. Belə yerlərdə yanğını söndürmək insanlar üçün çox ağırdır.

Yanğınsöndürən robotlar Foto: globallookpress.com

Son dövrlər Yaponiyada robotlaşdırma sürətlə gedir. Süni intellekt tezliklə ayrı-ayrı sahələrin yarısında əsas qüvvəyə çevriləcək.

Son xəbərlər
Bütün xəbərlər »